Modern.az

23 yaşlı qadın dəm qazının qurbanı oldu

23 yaşlı qadın dəm qazının qurbanı oldu

Hadisə

6 Yanvar 2026, 00:32

Cəlilabadda 23 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Modern.az xəbər verir ki, hadisə Cəlilabad rayonunun Üçtəpə kəndində baş verib.

Belə ki, kənd sakini 2003-cü il təvəllüdlü Şükran Sakit qızı İsayeva yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Cəlilabad Rayon prokurorluğunda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada