Gəncə şəhərində 23 yaşlı gənc bıçaqlanaraq öldürülüb.
Modern.az-ın məlumatına görə, Gəncə şəhər ərazisində mübahisə zəminində 2003-cü il təvəllüdlü Zamir Rzayev bıçaq zərbəsi ilə qətlə yetirilib.
Qətli törətməkdə şübhəli bilinən 17 yaşlı şəxs saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.