Modern.az

Gürcüstanda toyda azərbaycanlılar arasında mübahisə - Tamada öldürüldü

Gürcüstanda toyda azərbaycanlılar arasında mübahisə - Tamada öldürüldü

Hadisə

7 Yanvar 2026, 12:22

Gürcüstanın Qardabani rayonunun Qara Təhlə kəndində yanvarın 5-də baş vermiş qanlı insidentlə bağlı 2 nəfər saxlanılıb, 3 nəfər isə məsuliyyətə cəlb edilib.

Modern.az Aktual.ge-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, saxlanılan 2000 və 1995-ci il təvəllüdlü şəxslər qəsdən adam öldürməyə cəhddə, başqasının əmlakına zorla qəsd etmə və iki və ya daha çox şəxsə qarşı qrup şəklində zorakılıqda ittiham olunurlar.

İstintaqla müəyyən edilib ki, Qardabanidə yaşayan 6 nəfər arasında yaranan mübahisə fiziki qarşıdurmaya keçib və nəticədə 2 nəfərə bıçaqla xəsarətlər yetirilib.

Qarşıdurma zamanı həmçinin bir nəfər qəsdən maşınını 2 nəfərin üzərinə sürüb, nəticədə F.Ə. adlı şəxs hadisə yerində ölüb. Xəsarət alan 4 nəfər təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.

Faktla bağlı istintaq davam etdirilir. Törədilmiş cinayət əməllərinə görə 20 ilədək həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, insident Qara Təhlə kəndində keçirilən toy mərasimində başlayıb. Fiziki qarşıdurma zamanı ölən Fail Əliyevin toyun tamadası olduğu bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır