Şəkidə məktəb binasında yanğın olub.
Modern.az-ın məlumatına görə, yanğın bu gün günorta saatlarında Şəki rayonu Köndələn kəndində 1 mərtəbəli məktəb binasının zirzəmisində qeydə alınıb. Yanğının qarşısı dərhal alınıb. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.