Modern.az

Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı

Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı

Hadisə

7 Yanvar 2026, 17:50

Astarada avtomobil mopedlə toqquşub.

Modern.az xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsində qeydə alınıb. Astara sakini Eldar Şabanovun idarə etdiyi "Niva" markalı avtomobil rayon sakini 1980-cı il təvəllüdlü Muxtar Rəhimovun idarə etdiyi mopedlə toqquşub. Qəza nəticəsində mopedin sürücüsü və mopeddə olan həyat yoldaşı Bakı sakini 1987-ci il təvəllüdlü Lalə Aslanova xəsarət alıb.

Onlar Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır. (Mənbə APA)

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır