Modern.az

Cəbrayıl və Füzulidə yanğın - Kəndlərə yayılır

Cəbrayıl və Füzulidə yanğın - Kəndlərə yayılır

Hadisə

8 Yanvar 2026, 08:30

Cəbrayıl və Füzuli rayonlarında yanğın başlayıb.

Modern.az xəbər verir ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazində başlayan yanğın Füzuli rayon Qazaxlar Mirzənağılılar kəndi ərazilərinə yayılıb. 

Yanğın sərhəd boyunca genişlənməyə davam edir.

Əraziyə FHN-nin Füzuli rayonunun yanğınsöndürən bölməsinin 3 maşını şəxsi heyətlə, Cəbrayıl rayonundan isə 2 yanğınsöndürın avtomobili şəxsi heyətlə cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...