Modern.az

Sumqayıtda zavodda partlayış - Xəsarət alanlar var

Sumqayıtda zavodda partlayış - Xəsarət alanlar var

9 Yanvar 2026, 09:46

Sumqayıt şəhərində zavodda partlayış baş verib.

Modern.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.

Belə ki, Sumqayıt sakini, 1994-cü il təvəllüdlü Elməddin Səxavət oğlu Qurbanov operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Mənbə “Report”)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...