Modern.az

Bakıda maşın yandı - VİDEO

Bakıda maşın yandı - VİDEO

Hadisə

9 Yanvar 2026, 10:13

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin tərəfindən “Opel” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yaxınlıqda yerləşən obyekt və yaşıllıq sahə yanğından mühafizə olunub.

 

 

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır