Modern.az

“Tarqovu”da məşhur restoranın tavanı uçdu - Yaralanan var

“Tarqovu”da məşhur restoranın tavanı uçdu - Yaralanan var

Hadisə

12 Yanvar 2026, 13:24

Dünən axşam saatlarında Bakının Nizami küçəsində yerləşən “Bonte” adlı restoranın tavanı uçub.

Modern.az xəbər verir ki, hadisə nəticəsində işçilər xəsarət alıb.

Restorana çağırılmış Təcili Tibbi Yardım başından xəsarət alan əməkdaşları xəstəxanaya çatdırıb, onların başına tikiş qoyulub.

Sayt hadisə ilə bağlı “Bonte”nin sahibi ilə əlaqə saxlaya bilməyib, lakin restoranın administratoru Sani Quliyev faktı təsdiq edib.

O bildirib ki, tavanın çökməsi nəticəsində 1 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır. (Mənbə Gununsesi.info)

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır