Modern.az

Şəkidə 66 yaşlı kişi aldığı xəsarətlərdən öldü

Şəkidə 66 yaşlı kişi aldığı xəsarətlərdən öldü

Hadisə

12 Yanvar 2026, 17:04

Şəkidə 66 yaşlı kişi aldığı xəsarətlərdən ölüb, saxlanılan var.

Modern.az xəbər verir ki, yanvarın 10-da Şəki rayonunun İnçə kəndi ərazisində 1960-cı il təvəllüdlü Səttar Nəbiyevlə 26 yaşlı Hüseyn İsmayılov arasında şəxsi münasibətlər zəminində mübahisa yaranıb. Mübahisə zamanı H.İsmayılov S.Nəbiyevin üz nahiyəsinə əli ilə vuraraq xəsarət yetirib. Bundan sonra xəsarət alan şəxs H.İsmayılovun atası tərəfindən evinə aparılarkən o, yolda avtomobildən düşüb. Həmin şəxs yolda yıxılaraq yenidən xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən S.Nəbiyev aldığı xəsarətlərdən bu gün orada ölüb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə H.İsmayılov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır