Modern.az

Naxçıvanda qəza - 4 nəfər xəsarət aldı

Naxçıvanda qəza - 4 nəfər xəsarət aldı

Hadisə

13 Yanvar 2026, 13:08

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində baş verib. 85-AD-506 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 69-BF-990 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Qəzada Ceyhun Talıbov, Səməd Bilalov, Süleyman Bəylərov və İlkin Məmiyev xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır