Modern.az

Zaqatalada ölən və yaralananlar var

Zaqatalada ölən və yaralananlar var

Hadisə

13 Yanvar 2026, 16:22

Zaqatalada ölümlə nəticələnən yol qəzası olub.

Modern.az xəbər verir ki, qəza rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb. “VAZ-21015” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 54 yaşlı Seyfəddin Əhmədov ölüb, 36 yaşlı Şahsənəm Zamanova isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır