Modern.az

Avtomobillər toqquşdu, sonra piyadanı vurdu

Avtomobillər toqquşdu, sonra piyadanı vurdu

Hadisə

15 Yanvar 2026, 11:00

Şəmkirdə yol qəzası baş verib. 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Nizami küçəsində qeydə alınıb. Hərəktədə olan "Opel "ilə "Mercedes " markalı avtomobillər toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri idarəetmədən çıxaraq yol kənarında dayanan piyada 1958-ci il təvəllüdlü N.Rzayevi vurub. Dərhal piyada xəstəxanaya çatdırılıb.

Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə rayon polis şöbəsinin əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Sizə yeni x var
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...