Modern.az

Qazaxda güclü qar səbəbindən evin talvarı çökdü - FOTO

Qazaxda güclü qar səbəbindən evin talvarı çökdü - FOTO

Hadisə

20 Yanvar 2026, 09:37

Qazaxda yağan güclü qar ciddi fəsadlara yol açıb.

Modern.az xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb. Belə ki, ötən gecədən başlayan güclü qar kənd sakininə məxsus evin talvarını çökdürüb.

Nəticədə, vətəndaşa məxsus "Chevrolet Malibu" və Chevrolet Cruze" markalı minik maşınları talvarın altında qalaraq əzilib.

Hazırda qarın yağması davam edir.(Mənbə APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada