Modern.az

Bakıya qar yağır - hərəkət çətinləşib

Bakıya qar yağır - hərəkət çətinləşib

Hadisə

20 Yanvar 2026, 22:21

Hazırda Bakıda müşahidə olunan qarlı hava şəraiti səbəbindən Suraxanı rayonu, İlqar Musayev, Abbas Fətullayev, Babək küçələri, Xətai rayonu, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, İnqilab İsmayılov küçələri və “Neapol” dairəsində nəqliyyatın hərəkəti çətinləşib.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, NİİM-in əməkdaşları və yol polisi naryadları yollardakı vəziyyəti nəzarətdə saxlayır, sürücülərin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...