Pirqulu stansiyasından 13 kilometr cənubda, Ağsu rayonunda zəlzələ qeydə alınıb.
Modern.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ 3 bal gücündə hiss olunub.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 01.52-də baş verib. 3,3 maqnitudalı zəlzələ ocağının dərinliyi 7 kilometr olub.