Modern.az

Ziya Bunyadov prospektindəki yanğın tam söndürülüb - FOTOLAR

Ziya Bunyadov prospektindəki yanğın tam söndürülüb - FOTOLAR

Hadisə

21 Yanvar 2026, 15:54

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş verən yanğın tam söndürülüb.

Bu barədə Modern.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

****

14:44

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektindəki obyektdə baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində FHN-in qüvvələri tərəfindən yanğın ərazisində sahibkarlara məxsus mal-materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunub.

Hazırda yanğının tam söndürülməsi üçün əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...