Modern.az

Xankəndidə xuliqan saxlanıldı

Xankəndidə xuliqan saxlanıldı

Hadisə

22 Yanvar 2026, 10:35

Xankəndidə ictimai asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Modern.az-a verilən məlumata görə, Xankəndi şəhərində fərdi əməklə məşğul olan 40 yaşlı Elnur Süleymanov şəhər ərazisində idarə etdiyi “Chevrolet Camaro” markalı avtomobil ilə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla təhlükəli manevrlər edərək avtoxuliqanlıq edib.

Elnur Süleymanov barəsində polis əməkdaşları tərəfindən protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla 15 sutka həbs edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır