Bakıda gənc oğlan küçədə ölüb.
Modern.az xəbər verir ki, hadisə 21 yanvar günorta saatlarında Nizami rayonu, 8-ci kilometr qəsəbəsi ərazisində qeydə alınıb.
21 yaşlı Yaqubov Yaqub Elnur oğlu küçədə qəfil dünyasını dəyişib. Meyit yoldan keçənlər tərəfindən aşkarlanıb.
Lənkəran şəhər sakini olan Y. Yaqubovun ürəktutmasından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.