Lerik rayonunda qarın ağırlığına tab gətirməyən evin dam örtüyü dağılıb.
Modern.az xəbər verir ki, rayonun Hamarmeşə kəndində yağan intensiv qar kənd sakini Asəf Əlirza oğlu Muradova məxsus fərdi yaşayış evinin dam örtüyünü uçurub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Damın uçması nəticəsində ev yaşayış üçün yararsız vəziyyətə düşüb. Evdəki əşyalar yaxınlıqdakı evə daşınıb.
Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.
Ailə müvəqqəti olaraq qohumlarının evinə yerləşdirilib.
Lerik Rayon İcra Hakimiyyəti Başçısının müavini Habil Məlikovun Modern.az-a açıqlamasında bildirib ki, hadisə zamanı heç kim xəsarət almayıb:
“Bir mərtəbəli, kiçik ev idi. Həmin vaxt ailənin 3 üzvü evdə olub. Xoşbəxtlikdə heç kim xəsarət almayıb”.
O qeyd edib ki, Lerik rayonu üzrə çətin hava şəraitində bənzər hal heç yerdə baş verməyib.
Damı çökmüş ev kəndin sakini Asəf Muradova məxsusdur.
Qeyd edək ki, kəndə 1 metrə yaxın qar yağıb.





