Ötən gecə UEFA Avropa Liqasının Liqa mərhələsində 7-ci turun oyunları keçirilib.
Modern.az xəbər verir ki, 18 matçın hamısı eyni gündə oynanılıb.
Türkiyə "Fənərbaxça"sı İstanbulda "Aston Villa"ya uduzub.
Dünənki oyunlardan sonra “Aston Villa” və “Lion”un birbaşa 1/8 finala adladığı dəqiqləşib.
Pley-offu təmin edən komandalar isə “Bolonya” (İtaliya), “Braqa” (Portuqaliya), “Selta” (İspaniya), “Srvena Zvezda” (Serbiya), “Fənərbaxça” (Türkiyə), “Ferensvaroş” (Macarıstan), “Frayburq” (Almaniya), “Genk” (Belçika), “Midtyülland” (Danimarka), PAOK (Yunanıstan), “Portu” (Portuqaliya), “Betis” (İspaniya), “Roma” (İtaliya), “Ştutqart” (Almaniya) və “Viktoriya” (Çexiya) olub.
Avropa Liqasında pley-offa yüksəlmək üçün şanslarını itirən 6 komanda müəyyənləşib.
“Şturm” (Avstriya), “Reyncers” (Niderland), “Nitsa” (Fransa), “Utrext” (Niderland), “Malmö” (İsveç) və “Makkabi” Təl-Əviv (İsrail) turnirdə mübarizəni davam etdirmək imkanını itirib.
Qeyd edək ki, Avropa Liqasının reqlamentinə əsasən, turnir cədvəlində 1-8-ci yerləri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yerlərin sahibləri isə pley-offa yüksələcəklər.
Sonuncu - 8-ci turun bütün matçları 30 yanvar, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Avropa Liqası, Liqa mərhələsi, 7-ci tur
22 yanvar
"Feyenoord" (Niderland) - "Şturm" (Avstriya) - 3:0
"Fənəbaxça" (Türkiyə) - "Aston Villa" (İngiltərə) - 0:1
PAOK (Yunanıstan) - "Betis" (İspaniya) - 2:0
"Viktoriya" (Çexiya) - "Portu" (Portuqaliya) - 1:1
"Yanq Boys" (İsveçrə) - "Lion" (Fransa) - 0:1
"Frayburq" (Almaniya) - "Makkabi" (Təl-Əviv, İsrail) - 1:0
"Bolonya" (İtaliya) - "Seltik" (Şotlandiya) - 2:2
"Malmö" (İsveç) - "Srvena Zvezda" (Serbiya) - 0:1
"Brann" (Norveç) - "Midtyulland" (Danimarka) - 3:3
"Roma" (İtaliya) - "Ştutqart" (Almaniya) - 2:0
"Reyncers" (Şotlandiya) - "Ludoqorets" (Bolqarıstan) - 1:0
"Dinamo" (Xorvatiya) - FKSB (Rumıniya) - 4:1
"Zaltsburq" (Avstriya) - "Bazel" (İsveçrə) - 3:1
"Braqa" (Portuqaliya) - "Nottinqem Forest" (İngiltərə) - 1:0
"Ferentsvaroş" (Macarıstan) - "Panatinaikos" (Yunanıstan) - 1:1
"Nitsa" (Fransa) - "Qo Ehed İqlz" (Niderland) - 3:1
"Selta" (İspaniya) - "Lill" (Fransa) - 2:1
"Utrext" (Niderland) - "Genk" (Belçika) - 2:0