Gəncədə bıçaqlanaraq xəstəxanaya yerləşdirilmiş 37 yaşlı kişi xəstəxanada vəfat edib.
Modern.az xəbər verir ki, 1989-cu il təvəllüdlü Göygöl sakini Rəşad Əmrahov Gəncədəki xəstəxanalardan birinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin harada, hansı şəraitdə baş verdiyi hələlik bilinmir.
Faktla bağlı araşdırma başlanılıb. (Qafqazinfo)