Modern.az

Kamran Əsədov HƏBS OLUNDU

Kamran Əsədov HƏBS OLUNDU

Hadisə

23 Yanvar 2026, 17:30

Tanınmış təhsil eksperi Kamran Əsədov məhkəmə zalında həbs olunub.

Modern.az xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyilə qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə proses keçirlib.

Məhkəmə təqsirləndirilən Kamran Əsədovun həbsinə dair qərar çıxarıb. Onun barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri ləğv edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, K.Əsədova Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır