Modern.az

Peşəkar MMA döyüşçüsü ölkəmizdə saxlanıldı - Türkiyəyə verildi

Peşəkar MMA döyüşçüsü ölkəmizdə saxlanıldı - Türkiyəyə verildi

Hadisə

24 Yanvar 2026, 11:02

"Dalton" cinayətkar qruplaşmasının üzvü, "Dalton İntizar" kod adlı İntizar Babaniyazov Bakıda tutularaq Türkiyəyə təhvil verilib.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkmənistan peşəkar qarışıq döyüş sənətləri üzrə döyüşçü olan İntizar Babaniyazov həbs olunaraq Maltəpə Həbsxanasına yerləşdirilib.

Bildirilir ki, İntizar Babaniyazov "Dalton" qruplaşmasının üzvləri arasındadır və təşkilatın xarici strukturunun üzvü qismində insanlardan video və audio zənglər edərək pul tələb etməkdə ittiham olunur.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır