Modern.az

Dəm qazından ölən gənc şəhid əmisinin adını daşıyırmış - YENİLƏNİB

Dəm qazından ölən gənc şəhid əmisinin adını daşıyırmış - YENİLƏNİB

Hadisə

24 Yanvar 2026, 15:28

Dəm qazından həyatını itirən Fəzail Əbiyevlə bağlı bəzi təfərrüatlar məlum olub.

Modern.az-ın məlumatına görə, mərhum Fəzail şəhid əmisi Fəzail Əbiyevin adını daşıyırmış.

1974-cü il təvəllüdlü Fəzail Andrey oğlu Əbiyev 13 yanvar 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub və İmamqulukənd kənd qəbiristanlığında dəfn edilib.

Şəhid əmisinin adını daşıyan Fəzail Əbiyev ötən gecə işdən qayıtdıqdan sonra hamamda çimərkən dəm qazından boğularaq ölüb.

Bildirilib ki, mərhum “Şahdağ” Turizm Mərkəzində çalışıb, hərbi xidmətdə olub və subay idi. (Bizim.media)

 

***

12:34

Qusarda gənc oğlan dəm qazından boğulub.

Modern.az xəbər verir ki, hadisə rayonun İmamqulukənd kəndində qeydə alınıb.

21 yaşlı Fəzail Əbiyev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Gəncin həyatını xilas etmək mümkün olmayıb. (Qafqazinfo)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada