Modern.az

Qaz idarəsinin əməkdaşı deyilmiş - FOTO

Qaz idarəsinin əməkdaşı deyilmiş - FOTO

Hadisə

24 Yanvar 2026, 12:36

Xəzər rayonunda özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Xəzər rayonunda naməlum şəxsin evləri gəzərək qaz sayğacının qüsurla işləməsini və s. səbəblər irəli sürməklə onun dəyişdirilməsi adı altında vətəndaşlardan pul aldığı barədə polisə məlumat daxil olub. 

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən dələduzluq əməllərini törətməkdə şühhəli bilinən Ağayev Yusif Mərdan oğlu saxlanılıb. Onun törətdiyi əməllərlə bağlı araşdırma aparılır.

Y.Ağayevin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə polisə müraciət edə bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada