İmişli rayonunda yol-nəqliyyat qəzası baş verib.
Modern.az-ın məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Qəzada xəsarət alanlar rayon xəstəxanasına aparılıb. (Qafqazinfo)