Modern.az

Bakıda yeniyetmə qız atasını bıçaqladı

Bakıda yeniyetmə qız atasını bıçaqladı

Hadisə

2 Fevral 2026, 20:32

Fevralın 2-də Bakının Nizami rayonunda ailə məişət zəmnində bıçaqlanma hadisəsi baş verib.

Nizami rayonu ərazisində bir nəfərin kəsici alətlə xəsarət alması və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən 2010-cu il təvəllüdlü şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Modern.az xəbər verir ki, hadisə rayonun İsmayıl Məmmədov küçəsində yerləşən mənzildə qeydə alınıb.

1977-ci il təvəllüdlü Haşımov Rüfət Arif oğlu mübahisə zamanı həyat yoldaşını döyüb. Bunu görən onların 15 yaşlı qızı bıçaqla R.Haşımova xəsarəti yetirib.

Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. R.Haşımov cərrahi əməliyyat edilib.

Fakt üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır (Mənbə:Teleqraf.az)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı