Modern.az

Gəncədə 25 yaşlı gənci qətlə yetirən şəxs TUTULDU

Gəncədə 25 yaşlı gənci qətlə yetirən şəxs TUTULDU

Hadisə

3 Fevral 2026, 09:52

Gəncədə 25 yaşlı oğlanın öldürməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Modern.az-a Gəncə şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 3-də 2001-ci il təvəllüdlü Röyal Məmmədovun xəsarətlər alması, yerləşdirildiyi xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla cinayətin 1988-ci il təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!