Modern.az

Polis kanala düşən azyaşlını xilas etdi - VİDEO

Polis kanala düşən azyaşlını xilas etdi - VİDEO

Hadisə

3 Fevral 2026, 12:48

Saatlı rayonunun Qıraqlı kəndi ərazisində polis əməkdaşları su kanalına düşən azyaşlını xilas ediblər.

Modern.az xəbər verir ki, kənd ərazisindən keçən polislər azyaşlının köməksiz vəziyyətdə olmasını görüblər. Kanaldan çıxarılan uşağa dərhal ilkin tibbi yardım göstərilib və o, xidməti avtomobillə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilən azyaşlının vəziyyəti hazırda qənaətbəxşdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!