Modern.az

Rasim Həsənov dörd maddə üzrə təqsirli bilinir: Həbs edildi

Rasim Həsənov dörd maddə üzrə təqsirli bilinir: Həbs edildi

Hadisə

3 Fevral 2026, 22:39

Bu gün saxlanılan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənov barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Modern.az xəbər verir ki, təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Rasim Həsənov barəsində iki ay 19 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Rasim Həsənov Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı), 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur. (Mənbə:APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!