Modern.az

Sabirabadda toyundan bir gün sonra ağır qəza törədən gəncə hökm oxundu

Sabirabadda toyundan bir gün sonra ağır qəza törədən gəncə hökm oxundu

Hadisə

3 Fevral 2026, 23:40

Sabirabad rayonunda iki nəfərin ölümü, beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Mircavad Mirqədirlinin məhkəməsi başa çatıb.

Modern.az xəbər verir ki, hadisə 28 avqust 2025-ci il tarixdə, saat 13 radələrində Sabirabad-Şirvan avtomobil yolunun Sabirabad rayonu, Güdəcühür kəndi ərazisindən keçən hissəsində baş verib.

Rahim Əliyevin və Mircavad Mirqədirlinin idarə etdikləri "VAZ-2107" markalı avtomobillər rayonunun Güdəcühür kəndi ərazisində toqquşub.

Hadisə zamanı Rahim Əliyev həyatını itirib.

Xəsarət alan şəxslər - Nilay Əlizadə, Mircavad Mirqədirli, Mirtalıb Talıbov, Tənzilə Əliyeva və Rəhim Əlizadə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Xəstəxanada Rəhim Əliyevin nəvəsi Nilay Əlizadə də vəfat edib.

Hadisəni törədən Mircavad Mirqədirlinin barəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham elan edilib.

İttihama münasibət bildirən Mirqədirli özünü təqsirli bilib. O bildirib ki, hadisədən bir gün öncə toyu olub.

Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 28-də evdən çıxıb və Şirvan şəhəri istiqamətində gedərkən qarşıdan gələn avtomobil yolunda olan çuxurdan yayınmaq üçün onun yoluna çıxıb: “Aramızda olan məsafə yaxın olduğu üçün əyləcdən istifadə etməyərək avtomobillərin toqquşacağını gördüm və idarə etdiyim avtomobili yolun əks istiqamətinə, yəni əks yola çıxdım. Həmin an qarşıdan gələn avtomobilin öz yoluna qayıtdığını gördüm və öz yoluma qayıdan zaman toqquşma baş verdi”.

Məhkəmədə ifadə verən zərərçəkmiş və zərərçəkmiş şəxslərin hüquqi varisləri təqsirləndirilən şəxsə qarşı şikayətçi olmayıblar.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm elan edilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 4 il 10 ay 4 gün müddətə azadlıqdan məhrum edilib.

Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. (Mənbə:Teleqraf.az)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!