Modern.az

Azərbaycanda halı pisləşən professor qəfil öldü

Azərbaycanda halı pisləşən professor qəfil öldü

Hadisə

4 Fevral 2026, 21:58

Gəncə Dövlət Universitetinin (GDU) Riyazi analiz kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Orucəli Rzayev vəfat edib.

Modern.az xəbər verir ki, mərhumun səhhəti anidən ağırlaşıb və o dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, O.Rzayev 1997-2006-cı illərdə Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2008- 2012-ci ilə kimi Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının direktoru işləyib, 2012-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının direktoru olub. 2023-cü ildən GDU-nun Riyazi analiz kafedrasının müdiri vəzifəsində işləyirdi.

Mərhum 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı, 10 may 2016-cı ildə Elm və Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunub. (Mənbə:Teleqraf.com)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!