Modern.az

Ucarda açıq ərazidə yanğın olub

Ucarda açıq ərazidə yanğın olub

Hadisə

Bu gün, 19:08

Ucarda 3 hektara yaxın sahədə quru ot, kol-kos və ağaclar yanıb.

Modern.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Qarabörk kəndi ərazisində baş verib. Boş ərazidə başlayan yanğın ağaclıq əraziyə keçib. Nəticədə kol-kos, bir neçə ağac yanıb.

Hadisə yerinə FHN-nin Ucar rayon Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın söndürülüb və alovun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İslam dövlətinin NÜVƏ OBYEKTİ VURULDU - Yüzlərlə ölü var