Modern.az

Tüfənglə insident törədən şəxs saxlanıldı

Tüfənglə insident törədən şəxs saxlanıldı

Hadisə

6 Mart 2026, 23:19

Martın 6-da saat 17 radələrində Masallı şəhərinin ərazisində baş verən silahlı insident nəticəsində 34 yaşlı Ramazan Rzayevin xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

 

Modeen.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı şəhər sakini 36 yaşlı İ. Əkbərli aralarında yaranan şəxsi münaqişə zəminində ov tüfəngindən R. Rzayevin ayaq nahiyəsinə xəsarət yetirib.

 

İ. Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb və ondan hadisəni törədən zaman istifadə etdiyi tüfəng aşkarlanaraq götürülüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada