Modern.az

Gəncədə güllələnən şəxs direktor müavini imiş – FOTO

Gəncədə güllələnən şəxs direktor müavini imiş – FOTO

Hadisə

Bu gün, 11:05

Ötən gecə Gəncənin Gülüstan qəsəbəsində qətlə yetirilən 44 yaşlı Elçin Nağıyev təhsil işçisi imiş.

Modern.az xəbər verir ki, ixtisasca idman müəllimi olan şəxs Kəlbəcər rayon 71 nömrəli tam orta məktəbin direktor müavini vəzifəsində işləyirmiş.

E.Nağıyevi güllələyərək öldürməkdə şübhəli bilinən 17 yaşlı oğlu K.N. saxlanılıb.

Bildirilib ki, K.N. mərhumun 4 övladından ikincisidir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb. Hadisənin hansı zəmində baş verməsi araşdırılır./Qafqazinfo.az/

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğan generalını Naxçıvana göndərdi - İrana belə cavab veriləcək!