Modern.az

Avtobus zolağında hərəkət edən “Ferrari” saxlanıldı

Avtobus zolağında hərəkət edən “Ferrari” saxlanıldı

Hadisə

Bu gün, 11:30

Sosial şəbəkələrdə paylaşılan və paytaxt ərazisində avtobus zolağında hərəkət edən “Ferrari” markalı avtomobillə bağlı görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Modern.az xəbər verir ki, bu barədə Bakı şəhər DYPİ-nin ictimai əlaqələr bölməsindən bildirilib. Qeyd olunub ki, aparılan araşdırmalar nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq duracağa yerləşdirilib.

Araşdırmalarla müəyyən olunub ki, görüntülər ötən il çəkilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb.

Sizə yeni x var
Keçid et
İranda bu vəzifəlilər də öldürüldü - Şok adlar