Modern.az

Naxçıvanda qəza - bir ailənin 4 üzvü yaralandı

Naxçıvanda qəza - bir ailənin 4 üzvü yaralandı

Hadisə

14 Mart 2026, 23:51

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi bir ailənin 4 üzvünün xəsarət almasına səbəb olub.

 

Modern.az xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunun 30-cu kilometrliyində baş verib.

 

72-BF-530 dövlət nömrə nişanlı "Renault Megan" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kanala düşüb.

 

Qəza zamanı sürücü Ramin Əliyev, həmçinin avtomobildə olan sərnişinlər Nəcibə Əliyeva, Sevinc Əliyeva və Aysel Əliyeva xəsarət alıblar.

 

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

 

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?