Modern.az

Tanınmış fotoqrafın Bakıdakı evi yandı

Tanınmış fotoqrafın Bakıdakı evi yandı

Hadisə

Bu gün, 10:29

Tanınmış fotoqraf Orxan Aslanovun Bakıdakı evi yanıb.

Modern.az xəbər verir ki, bu barədə o, sosial mediada paylaşım edib.

Fotoqraf qeyd edib ki, hadisə səhərə yaxın qeydə alınıb.

“Təəssüf ki, bu gün pis bir gün idi. Bütün qarajımızı itirdik, zədələnmiş maşını çətinliklə çıxara bildik və başqa heç nəyi xilas edə bilmədik. Uzun müddətdir yığdığım hər şey yox oldu. Əsas odur ki, heç kim zərər görmədi. Ona görə də hər yaşadığımız gündən zövq almalıyıq. Hər şey yoluna düşəcək”, - Aslanov bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı