Modern.az

Gəncədə avtomobil mopedlə toqquşub, xəsarət alan var

Gəncədə avtomobil mopedlə toqquşub, xəsarət alan var

Hadisə

Bu gün, 09:32

Gəncə şəhərində avtomobil ilə mopedin toqquşması nəticəsində xəsarət alan var.

Modern.az-ın məlumatına görə, hadisə şəhərin mərkəzində baş verib. Hərəkətdə olan minik avtomobili ilə moped toqquşub.

Qəza zamanı mopedin sürücüsü, 2008-ci il təvəllüdlü F. Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata əsasən, moped kuryer kimi fəaliyyət göstərib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana amansız hücum - Böyük şəhərlər BOMBARDMAN EDİLİR