Zaqatalada ağır yol qəzası baş verib, bir nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Modern.az Zaqatala-Muğanlı yolunda, Aşağı Tala kəndi ərazisində Elvin Qurbanovun idarə etdiyi “VAZ-21011" markalı avtomobillə "Mercedes-C 200" markalı maşın toqquşub.
Qəza nəticəsində "VAZ 21011"də olan sərnişin 54 yaşlı Ülfət Qurbanov hadisə yerində ölüb. Ülfət Qurbanovun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.
Qəzada xəsarət alan Elvin Qurbanov, onun avtomobilində olan sərnişin Səməndər Qurbanlı, "Mercedes"in sürücüsü və onun 2 sərnişini müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala xəstəxanasına yerləşdirliblər.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
(APA)