Modern.az

Krımda təyyarə qəzası: 29 nəfər öldü

Krımda təyyarə qəzası: 29 nəfər öldü

Hadisə

Bu gün, 08:59

Krımda Rusiyaya məxsus An-26 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb və nəticədə göyərtədəki 29 nəfər həlak olub.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Təyyarədə 23 sərnişin və 6 heyət üzvü olub.

Məlumatda deyilir: "Axtarış-xilasetmə qrupu An-26 təyyarəsinin qəza yerini müəyyən edib. Hadisə yerindən alınan məlumatlara görə, 6 heyət üzvü və göyərtədə olan 23 sərnişin həlak olub".

Qəzanın ilkin səbəbi texniki nasazlıqdır.

Hadisə yerindəki mənbə RİA Novosti-yə bildirib ki, təyyarə qayalığa çırpılıb.

Rusiya Müdafiə Nazirliyinin komissiyası qəza yerində işləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!