Respublika Hərbi Prokurorluğunun qarşısında avtomobil yanıb.
Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Prokurorluğun inzibati binasının qarşısında “Dodge” markalı avtomobil qəfil alışıb. Hadisənin başvermə səbəbi hələlik məlum deyil. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.