Modern.az

Sel Siyəzəndə körpünü uçurdu - Kəndlərlə əlaqə kəsildi

Sel Siyəzəndə körpünü uçurdu - Kəndlərlə əlaqə kəsildi

Hadisə

Bu gün, 10:40

Siyəzən rayonunda körpünün uçması nəticəsində bir neçə yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib.

Modern.az xəbər verir ki, hadisə güclü yağışlar və çayda su səviyyəsinin artması nəticəsində baş verib. 

Nəticədə körpü yararsız hala düşüb və ərazidə yaşayan sakinlərin gediş-gəlişində ciddi çətinliklər yaranıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) sorğumuza cavab olaraq bildirilib ki, bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsində yaranan sel Siyəzən–Məşrif avtomobil yolunun 11-ci km-də Gilgilçay üzərində yerləşən körpünün bir hissəsini uçurub: “Əraziyə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.

Sürücülərdən alternativ olaraq Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 115-ci km-dən ayrılan Alxanlı yolundan istifadə etmələri xahiş olunur”. (Qafqazino.az)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!