Modern.az

Ay orbitindən inanılmaz görüntülər: Yer “batdı”, Günəş “yoxa çıxdı”

Ay orbitindən inanılmaz görüntülər: Yer “batdı”, Günəş “yoxa çıxdı”

Hadisə

Bu gün, 18:20

“Artemis II” missiyası çərçivəsində Ay orbitində qeydə alınan unikal görüntülər ictimaiyyətə təqdim olunub.

Modern.az xəbər verir ki, 6 aprel 2026-cı il tarixində Yer kürəsinin Ay üfüqündə batması, 7 apreldə isə Ayın Günəşi tam örtməsi anı müşahidə edilib. Bu nadir kosmik hadisələr NASA tərəfindən paylaşılan fotolarda əksini tapıb.

Bildirilir ki, Ay orbitindən Günəş tutulmasını izləmək olduqca nadir hadisədir və indiyədək bunu çox az sayda insan müşahidə edib. “Artemis II” missiyası isə bu baxımdan həm elmi, həm də vizual baxımdan mühüm nəticələr təqdim edir.

Qeyd edək ki, “Artemis” proqramı NASA tərəfindən həyata keçirilir və layihədə "Airbus", eləcə də "Canadian Space Agency" kimi qurumlar iştirak edir. Proqramın əsas məqsədi insanları yenidən Aya qaytarmaq və gələcəkdə Mars missiyalarına zəmin yaratmaqdır.

1511675

1511676

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!