Modern.az

Millimizin hücumçusu Türkiyə klublarından təklif aldı

Millimizin hücumçusu Türkiyə klublarından təklif aldı

İdman

26 Avqust 2023, 13:57

Azərbaycan millisinin və İsveçrənin “Qrasshopper” komandasının futbolçusu Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər.

 

Modern.az xəbər verir ki, Superliqada çıxış edən “Konyaspor”, “Sivasspor” və “Qaziantep” klubları 24 yaşlı hücumçunun xidmətində maraqlıdırlar.

 

Hətta Sivas və Qaziantep təmsilçilərinin azərbaycanlı forvard üçün “Qrasshopper”ə təklif göndərdiyi iddia olunub.

 

Qeyd edək ki, Renat Dadaşov 2022-ci ilin yayından İsveçrə klubunun formasını geyinir. O, daha əvvəl Almaniyanın “Ayntraxt”, “Leyptsiq”, Portuqaliyanın “Eştoril”, “Pasuş de Ferreyra”, “Tondela” və İngiltərənin “Vulverhempton” klublarının şərəfini qoruyub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi