Modern.az

3 idmançımız Parisdə medal qazandı 

3 idmançımız Parisdə medal qazandı 

İdman

30 Avqust 2023, 20:20

Fransanın paytaxtı Parisdəki parataekvondo üzrə dünya Qran-Prisində iştirak edən Azərbaycan təmsilçilərinin hər biri medal qazanıb.

 

Milli Paralimpiya Komitəsindən Modern.az-a verilən məlumata görə, Sabir Zeynalov (58 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Əbülfəz Abuzərli (80 kiloqram) öz çəki dərəcələrində fərqləniblər.

 

Bürünc medal uğrunda görüşlərdə qalib gələn idmançılarımız fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

 

Qeyd edək ki, yarış Paris-2024 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi