Modern.az

Millimizin qapıçısı Türkiyə klubu ilə müqavilə bağladı

Millimizin qapıçısı Türkiyə klubu ilə müqavilə bağladı

İdman

8 Sentyabr 2023, 16:36

“Qarabağ”dan ayrılan Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Demirspor” klubuna keçib.

 

Modern.az Adana təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, təcrübəli qolkiper Azərbaycanda “Şahdağ” və “Sumqayıt” komandalarının da formasını geyinib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi