Modern.az

Rövnəq Abdullayev niyə Estoniyaya getmədi...

Rövnəq Abdullayev niyə Estoniyaya getmədi...

İdman

12 Oktyabr 2023, 20:57

“Rövnəq Abdullayev Estoniya ilə oyuna gəlməli idi. Əvvəlcədən də nəzərdə tutulmuşdu”. 

 

Modern.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev deyib. 

 

O, AFFA prezidentinin sabah AÇ-2024-ün seçmə mərhələsində Estoniyaya qarşı keçirəcəkləri matçda olmayacağından danışıb:

 

“Rövnəq müəllim həm də iqtisadiyyat nazirinin müavinidir. Qrafik sıxlığı ilə bağlı bura gələ bilmədi. Amma komanda ilə görüş oldu, telefon bağlantısı ilə qoşulmuşdu. Bir çox məsələlər müzakirə edildi”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR