Modern.az

Azərkeş oyun zamanı Ronaldoya hücum etdi - FOTO

Azərkeş oyun zamanı Ronaldoya hücum etdi - FOTO

17 Oktyabr 2023, 14:02

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu AVRO-2024-ün seçmə mərhələsinin Bosniya və Herseqovina ilə səfər oyununda (5:0) azarkeşin hücumuna məruz qalıb.

 

Modern.az xəbər verir ki, hadisə ilk hissənin sonunda – 38 yaşlı forvard künc bayrağının yanında dayandığı zaman baş verib.

 

Fanatlardan biri əlində mobil telefonla meydançaya qaçaraq futbolçunu tutub. Lakin mühafizəçilər dərhal müdaxilə edərək, azarkeşi Ronaldunun yanından uzaqlaşdırıblar.

 

Qeyd edək ki, Portuqaliya millisi AVRO-2024-ün seçmə mərhələsində keçirdiyi səkkiz görüşdən sonra 24 xal toplayaraq final mərhələsinə vəsiqəni təmin edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR